"2020-ci ildə hakimiyyət dəyişikliyi baş verəcək" - Gürcü müxalif liderdən maraqlı iddia

img

06-06-2019 [15:01]


"Gürcüstanda 2020-ci ildə hakimiyyətin dinc yolla ötürülməsi baş verəcək”.

Bunu müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Qriqol Vaşadze bildirib.

Onun sözlərinə görə, müxalifət konstitusiyaya dəyişikliklərlə bağlı imzatoplama kampaniyasını davam etdirir: "Prezident və aralıq seçkilərində gördük ki, səsvermənin saxtalaşdırılması və seçicilərin səslərinin alınması adi təcrübəyə çevrilib. Biz proporsional seçki sisteminə keçidi tələb edirik. Hamı başa düşür ki, 2020-ci ildə hakimiyyət dəyişikliyi baş verəcək. Lakin biz hökumətə bunun sivil yolla həyata keçirilməsinə şans vermək istəyirik”.

Q.Vaşadze qeyd edib ki, konstitusiyaya proporsional seçki sistemi ilə bağlı dəyişikliklərin edilməsi barədə 20 müxalifət partiyası 300 minə yaxın imza toplayacaq.

Qeyd edək ki, 2020-ci ildə qonşu ölkədə parlament seçkiləri keçiriləcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR