"O, vəzifə işğal etmiş biridir..." - İmamoğlunu VİP-dən buraxmadılar

img

06-06-2019 [14:22]


Trabzon, Giresun və Orduda camaatla görüşdən dönən CHP-nin İstanbul şəhər Bələdiyyə sədrliyinə namizədi Əkrəm İmamoğlu Ordu Hava Limanında gözlənilməz hadisə ilə üzləşib.

Mia.az Türkiyə mətbuatına istinadla bildirir ki, hava limanına CHP-li deputatlarla gələn İmamoğluna VİP girişdən keçid qadağan edilib.

Bu barədə faktı təsdiq edən İmamoğlu deyib ki, VİP keçiddən deputatlarla birlikdə buraxılmamasına Ordu valisi Seddar Yavuz əmr verib: "Millet vəkilimizlə bəraber təyyarəyə minəcəkdik. Ancaq vali deputatlarla birlikdə olsa belə VİP-dən keçidimə icazə verilməməsi haqda təlimat veribmiş. Biz də o biri qapıdan istifadə etdik".

Daha sonra İmamoğlu valinin mitinqə müdaxilə cəhdini də tənqid edib: "Biz Orduda xalqla görüş mitinqində olarkən, vali  "Tez bitirsinlər, yoxsa müdaxilə edərək" deyib. Vali bəy dövlət adamı deyilmiş, o, Orduda vəzifə işğal etmiş biriymiş".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR