Sabunçuda itkin düşən 3 yaşlı uşaq... - Polis açıqlama yaydı

img

06-06-2019 [13:40]


Bakıda iki gün əvvəl itkin düşən və bu gün tapılan üç yaşlı Zəhra Bağırzadəni oğurlayan şəxs tutulub. 

"Report"un məlumatına görə, həmin şəxs Masallı rayonundandır və hazırda polis bölməsində saxlanılır.

****

2 gün qabaq itkin düşən 3 yaşlı Zəhra 8-ci kilometr bazarında dilənən zaman tapılıb.

Mia.az xəbər verir ki, bu barədə Zəhranın yaxınları sosial şəbəkədə məlumat veriblər.

İddialara görə, onu qaraçı dəstəsi aparıb, dilənməyə məcbur ediblər.

***

Bakıda iki gün əvvəl itkin düşmüş üç yaşlı Zəhra Bağırzadə tapılıb. 

Bu barədə "Report"a Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsindən məlumat verilib. 

***

Polis əməkdaşları Sabunçu rayonu, Sabunçu qəsəbəsində itkin düşən 3 yaşlı Zəhra Rəsul qızı Bağırovanın axtarışlarını intensiv şəkildə davam etdirir.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Z.Bağırovanı görənlərdən yaxınlıqdakı polis bölməsinə və ya DİN-in 102 zəng mərkəzinə məlumat vermələri xahiş olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə azyaşlı Zəhra ilə bağlı yanlış foto - kişinin əlindən tutmuş uşaq fotosu yayılıb. Lakin həmin fotodakı uşağın Zəhra olmadığı məlum olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR