Gürcü spiker Azərbaycana gələcək - Mübahisəli sərhəd və...

06-06-2019 [11:45]

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfər edəcək.

Səfər iyunun 20-21-də baş tutacaq.

Səfərlə bağlı açıqlama verən İrakli Kobaxidze Azərbaycana səfəri çərçivəsində müzakirə edəcəyi məsələləri açıqlayıb.

Bildirib ki, Azərbaycan Gürcüstana dost ölkə və strateji tərəfdaşdır.

O deyib ki, iki ölkə arasında sərhəd məsələsi bu münasibətlərə uyğun formada danışıqlar yolu ilə həll olunacaq: "Azərbaycana rəsmi səfər çərçivəsində Keşikçi Dağı Məbəd-Kompleksi məsələsi, çoxşaxəli ikitərəfli əkaqələr və əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq".

Report



SON XƏBƏRLƏR
20:15 24.06.2019
Azercell-dən #Hədiyyə