Saatlı rayonunda narkotik bitki becərən şəxs tutulub

06-06-2019 [11:28]

Saatlı rayonunda narkotik bitki becərən şəxs tutulub.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Mia.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Mollavaizli kənd sakini Namiq Mehdiyev saxlanılıb.

Ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 278 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



SON XƏBƏRLƏR