Keçmiş icra başçısı qəzaya düşdü

05-06-2019 [16:40]
Şamaxının keçmiş icra başçısı qəzaya düşüb.

Mia.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Şamaxı-Pirqulu yolunda qeydə alınıb.

Sürücü idarəetmeni itirib və yoldan çıxan avtomobil dərəyə yuvarlanıb.

Qəza zamanı avtomobilin sürücüsü Akif Əliyev xəsarət alıb. Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, A.Əliyev 2000-2004-cü illərdə Şamaxı rayonunun İcra Hakimiyyəti başçısı vəzifəsində çalışıb.


SON XƏBƏRLƏR