Jurnalistdən nazirə müavinətlə bağlı ittihamlar

05-06-2019 [14:43]
Prezident İlham Əliyevin 1 mart 2019-cu il və 15 aprel 2019-cu il tarixdə imzaladığı müvafiq sərəncamlara əsasən, birinci qrup Qarabağ əlillərinin, anadangəlmə 1-ci qrup əlillərin baxıcılarına və müharibə veteranlarına hər ay 50-80 manat təqaüdün verilməsi nəzərdə tutulur.

Bu barədə Mia.az-a açıqlama verən Arazmedia.az saytının Baş redaktoru Fariz Quliyev deyib ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və komandası Prezident İlham Əliyevin sərəncamını nəinki yerinə yetirmir, hətta sərəncamdan ən yüksək səviyyədə bəhrələnir:

"Nazir və komandası, ƏƏSMN-in yerli şöbələri insanları göz görəsi aldadır, onları ələ salır və onları məcbur edirlər ki, sərəncamların tələblərindən irəli gəldiyi kimi, iki təqaüdü yox, yalnız birini seçsinlər. Məsələn, həm birinci qrup əlilə, həm də ona baxana pul ayrılmalıdır. Nəzərə alsaq ki, o əlil həm də müharibə veteranıdır. Lakin ƏƏSMN-də sən yalnız müavinət deyim, təqaüd deyib, bir sözlə, bunlardan yalnız birini seçə bilərsən".

Baş redaktor daha sonra qanunsuzluqların detallarını sadalayıb və baş verən özbaşınalıqlarda nazir Sahil Babayevi günahlandırıb.


SON XƏBƏRLƏR