"ABŞ İrana hər zaman güc tətbiq edə bilər" - Tramp

05-06-2019 [10:48]
ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların keçiriləcəyinin mümkünlüyünü istisna etməyib.

TASS xəbər verir ki, o, bu barədə Böyük Britaniyanın ITV televiziyasına müsahibəsində bildirib.

Aparıcının "İrana qarşı güc tətbiq etməyə ehtiyac olacaqmı” sualına cavabında prezident deyib: "Belə ehtimal hər zaman var. Mən istəyirəmmi? Yox, ancaq güc tətbiq etmək məsələsi həmişə gündəmdədir”.

Qeyd edək ki, bir müddət əvvəl D.Tramp İranla danışıqlara başlamağa hazır olduqlarını bildirmişdi/Report.


SON XƏBƏRLƏR