Buraxılış imtahanının nəticələri açıqlandı

img

04-06-2019 [21:05]


Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 2-də Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən ümumtəhsil müəssisələrinin IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının II mərhələsinin nəticələrini elan edib.

DİM-dən Mia.az-a  bildirilib ki, imtahanda iştirak etmiş şagirdlər Mərkəzin internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Şagirdlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 37670 şagirddən 308-i imtahana gəlməyib. On üç nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR