“Ən yaxşı elmi tədqiqat işi” müsabiqəsinin qalibləri məlum oldu - SİYAHI

04-06-2019 [14:58]
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) doktorant, dissertant və magistrantlar arasında elan olunan "Ən yaxşı elmi tədqiqat işi” müsabiqəsinin qalibləri məlum olub. 

Qurumdan Mia.az-a verilən məluumata görə, AMEA-nın "Gənclər üçün Akademik Əli Quliyev mükafatı” sahibinə təqdim edilib.

Hər iki müsabiqə üzrə 3 saylı laboratoriyanın disertantı Günay İsmayılova 134 balla müsabiqənin I yerinə, 8 saylı laboratoriyanın dissertantı Könül Qəhrəmanova 112 balla müsabiqənin II yerinə, 7 saylı laboratoriyanın dissertantı Ulduz Cəfərova 107 balla müsabiqənin III yerinə, 6 saylı laboratoriyanın dissertantı Lamiyə Kazımzadə 87 balla müsabiqənin həvəsləndirmə mükafatına, son bir ildəki elmi nailiyyətlərinə görə isə 9 saylı laboratoriyanın kiçik elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Nəzər Nəzərov "Gənclər üçün Akademik Əli Quliyev” mükafatına layiq görülüblər.

Sonda qaliblərə diplomlar təqdim olunub.


SON XƏBƏRLƏR