15 milyon manat krediti qaytarmayan iş adamı... - Məhkəmə prosesi

04-06-2019 [11:26]
Bakı Apellyasiya Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirli bilinən Rauf Allahverdiyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

"Report" xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən apellyasiya şikayətinin dəlilləri araşdırılıb.

Məhkəmə baxışı iyunun 10-na təyin edilib.

Rauf Allahverdiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, R.Allahverdiyev Rusiya Federasiyasında "Roma S Kompaniya A" şirkətini təsis edib. Bundan sonra o, şirkətin inkişafı məqsədi ilə maliyyə cəlb etməyə çalışıb. R.Allahverdiyev adını dəyişərək özünü Rail Yusifov kimi təqdim edib və Rusiyada Yelena Akturiçlə əlbir olub, qanunsuz sənəd hazırlayaraq "Azərbaycan Beynəlxalq Bankı"nın Moskva filialından ayrı-ayrı vaxtlarda 866 min 566 manat, 338 min manat, 3 milyon 400 min manat və s. olmaqla, ümumilikdə, 15 milyon manat pulu mənimsəyib. Götürülən pullar R.Allahverdiyevin təsis etdiyi "Roma S Kompaniya A" şirkətinin hesabına köçürülüb.

Bundan başqa, o, Rusiya ərazisində cinayət törətdiyinə görə, istintaqdan gizlənmək məqsədi ilə Azərbaycana qanunsuz yolla qaçmağa cəhd edib. O, Quliyev Həsən Qulu oğlunun adına olan rəsmi sənəd hesab edilən Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsini saxtalaşdırıb. Lakin R.Allahverdiyev Qusar rayonunda yerləşən "Samur" Sərhəd Nəzarəti məntəqəsində sənədi saxta olduğu üçün saxlanılıb.

Məlumata görə, R.Allahverdiyev adını dəyişərək özünü Rail Yusifov kimi təqdim edib və Rusiyada Yelena Akturiçlə əlbir olub, qanunsuz sənəd hazırlayaraq "Azərbaycan Beynəlxalq Bankı"nın Moskva filialından ayrı-ayrı vaxtlarda 866 min 566 manat, 338 min manat, 3 milyon 400 min manat və s. olmaqla, ümumilikdə, 15 milyon manat pulu mənimsəyib.


SON XƏBƏRLƏR