Bərdə sakini həmyerlisi tərəfindən bıçaqlanıb

img

03-06-2019 [23:38]


Bərdə şəhərində bıçaqlanma hadisəsi olub.

"Report"un Qarabağ mərkəzi xəbər verir ki, şəhərin Elçin Əsədov küçəsində yerli sakini Hüseyn Famil oğlu Daşdəmirov naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı ətrafda olan insanların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Reanimasiya şöbəsində olan yaralının vəziyyətini həkimlər orta-ağır qiymətləndirir.

Hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR