Azərbaycan güləşçisi erməniyə qalib gəlib

img

03-06-2019 [16:31]


Azərbaycanın yunan-Roma güləşçisi Laçın Vəliyev İspaniyanın Pontevedra şəhərində start götürən gənclər arasında Avropa çempionatında Ermənistandan olan rəqibinə qalib gəlib. 

Mia.az xəbər verir ki, 87 kq çəki dərəcəsində yer alan Vəliyev 1/8 final qarşılaşmasında Hakob Baqdasaryana heç bir şans verməyib - 9:0. O, daha əvvəl təsnifat görüşündə finlandiyalı Juho Matias Pahikayneni də eyni hesabla udub. 1/4 finalda onun rəqibi macarıstanlı David Losonşi olub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR