Uşaqları bağçada söyən müəllimə işdən çıxarıldı - Eldar Əzizov müdiri meriyaya çağırdı

03-06-2019 [16:02]

Uşaqların təhqir olunması ilə əlaqədar Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 331 saylı uşaq bağçasının müdiri Bakı Şəhər İcra Hakimiyyətinə çağırılıb.

Mia.az "Report”a istinadla bildirir ki, azyaşlıları təhqir edən müəllim Lalə Novruzova bağça rəhbərliyinin əmri ilə mayın 31-də işdən çıxarılıb.

Bununla bağlı əmr onun Əmək kitabçasına da yazılıb.

Uşaqları təhqir edən müəllim bağçada 3 ildir çalışırmış.



SON XƏBƏRLƏR