Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlanıb

03-06-2019 [15:48]
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin səfərdə Lixtenşteyn yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə qrup oyununa təyinatlar açıqlanıb. 

"Report"un məlumatına görə, qarşılaşmanı Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Tim Marşalla yan xətt hakimləri Pol Robinson və Stiven Donaldson köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Şeyn Endryus yerinə yetirəcək. 

Qeyd edək ki, Lixtenşteyn - Azərbaycan qarşılaşması iyunun 6-da Eşen şəhərindəki "Sportpark Eşen-Mauren" stadionunda keçiriləcək. 


SON XƏBƏRLƏR