Pompeodan İrana açıq çağırış: "Heç bir şərt irəli sürmədən danışıqlara hazırıq"

02-06-2019 [20:19]
"Heç bir şərt irəli sürmədən İran rejimi ilə danışıqlara hazırıq".

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo bu gün bəyan edib.

O bildirib ki, ABŞ-ın İran xalqı ilə deyil, rejimi ilə problemi var: "İran rejimi həm bölgədəki fəaliyyəti ilə, həm də nüvə silahı əldə etmə istiqamətində razılaşmaları pozub. Biz də bu səbəbdən sanksiyaları tətbiq etmişik. Bizim İranla müharibə etmək niyyətimiz yoxdur, əksinə, heç bir ilkin şərt olmadan İranla danşıqlara hazırıq".

Mia.az


SON XƏBƏRLƏR