ƏRDOĞANDAN İMAMOĞLUNA MESAJ:"Bura Konstantinapol deyil, bura İstanbul, digər adıyla İslamboldur"

img

02-06-2019 [13:18]


Türkiyə Prezidenti Ərdoğan Dəyanət İşləri Nazirliyi və Türkiyə Dəyanət Vakfı tərəfindən İstanbulun fəthinin 566-cı ildönümü ilə münasibətiylə ötən gün axşam keçirilən tədbirdə üstüörtülü şəkildə 23 iyunda keçiriləcək bələdiyyə seçkilərində CHP-li namizəd Əkrəm İmamoğluna mesaj göndərib.

Mia.az xəbər verir ki, o, "Ölkəmizdə zülm 1453-də başaldı deyənlər var" sözlərini xatırladaraq, çıxışını belə davam etdirib: "O günləri xatırlayırsınızmı? 

Qardaşlarım, mənim sizdən bir istirhamım var. Bura İstanbul, bir digər adıyla İslambol. Bura Konstantinapol deyil, amma buranı belə görmək istəyənlər var. 

Belə görmək istəyənlərə qarşı 22 günümüz var(İstanbul şəhər Bələdiyyə sədrliyinə seçkinin 22 gün sonra keçiriləcəyinə işarə vurur- Mia.az). 

22 gün sonra burasının haradan haraya gəldiyini tam mənasıyla ortaya qoymaq üçün gecə demədən, gündüz demədən bütün qardaşlarımıza yetişməmiz lazımdır. Onlara bu gerçəyi anlatmaq lazımdır. "Zülm 1453-də deyilk, mübarək fəth 1453-də başaldı və 566 il keçdi" deməyimiz lazımdır Bunun üçün də çox çalışmamız lazımdır. Allah yar və yardımçımız olsun".

Ərdoğan daha sonra məşhur "Bir olacağıq, iri olacağıq, diri olacağıq, qardaş olacağıq, həmişə birlikdə Türkiyə olacağıq" sloqanını səsləndirərək, belə davam edəcəklərini bəyan edib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR