Qarabağda və Ermənistanda iki erməni hərbçi öldü

01-06-2019 [17:32]
İyunun 1-də saat 07:30-da Ermənistanın işğalda saxladığı Dağlıq Qarabağın cənub-şərqində 19 yaşlı əsgər Sipan Melkonyan ölümcül güllə yarası alıb.

Ermənistan mediası bildirir ki, düşmən tərəfin iddiasına görə, hərbçinin ölümünə səbəb Azərbaycan ordusunun açdığı atəş olub. 

Daha bir erməni hərbçisi Ermənistanın Syunik vilayətində ölüb. 

Məlumata görə, iyunun 1-də gecə saat 1 radələrində 46 yaşlı Gorus şəhər sakini Vardan Xaçatryan idarə etdiyi "QAZ 3110” avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə Xaçatryan hadisə yerində ölüb. Onun Ermənistan Müdafiə Nazirliyinin ordu korpusunda müqavilə ilə xidmət etdiyi bildirilir/Reyting.az.


SON XƏBƏRLƏR