Tramp: “İngilis şahzadəsinin bu qədər iyrənc olduğunu bilmirdim”

01-06-2019 [18:01]
Bu ay Böyük Britaniyaya rəsmi səfəri ərəfəsində ABŞ prezidenti "The Sun” nəşrinə müsahibə verib.

"The Sun” xəbər verir ki, Tramp Boris Consonu tərifləyib, Tereza Meyi pisləyib və kral ailəsinin üzvü Meqan Marklı "iyrənc” adlandırıb.

3 il əvvəl Meqan Markl müsahibəsində respublikaçıların, xüsusilə Trampın qadın-seçicilərin səslərini itirdiyini deyib. Şahzadə ABŞ prezidentini "qadın düşməni” adlandırıb.

"The Sun” müxbiri müsahibə zamanı ABŞ prezidentinə bunu xatırlatdıqda, Tramp deyib: "Bunu bilmirdim. Nə deyə bilərəm ki? Onun bu qədər iyrənc olduğunu bilmirdim”.

Xatırladaq ki, rəsmi səfəri zamanı Donald Tramp Kral sarayında da qarşılanacaq/Reyting.az.


SON XƏBƏRLƏR