Ötən gün törədilən 24 cinayətin üstü “isti izlər”lə açılıb

01-06-2019 [13:18]
Ötən gün baş verən yol qəzasında 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb. 

Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, mayın 31-də törədilən 24 cinayətin üstü "isti izlər”lə açılıb, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb. 


SON XƏBƏRLƏR