Qanunsuz silah saxlamaqda təqsirləndirilən Nardaran sakininin məhkəməsi başlayır

01-06-2019 [11:44]
Qanunsuz silah saxlamaqda təqsirləndirilən Rəşad Xudaverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Hakim Mehriban Qarayevanın icraatında olan iş üzrə hazırlıq iclası iyunun 10-a təyin edilib.

Qeyd edək ki, Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rəşad Xudaverdiyev bu ilin aprel ayında Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyatla saxlanılıb. Onun qəsəbə ərazisində yerləşən evinin həyətində axtarış aparılan zaman 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 1 ədəd idman tapançası və 4 ədəd xəncər aşkar edilərək götürülüb.

Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində ona 228.1. (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham verilib. 


SON XƏBƏRLƏR