Nazir: "Azərbaycanın yeniyetmə idmançılarının əksəriyyəti gələcəkdə olimpiya çempionu ola bilərlər"

img

01-06-2019 [11:18]


"Əlli gün sonra Azərbaycanda yeniyetmələr arasında ən güclü idmançılar yarışacaq. Onların əksəriyyəti gələcəkdə olimpiya çempionu ola bilərlər. Bugünkü tədbirdə uşaqların iştirakı çox vacib amildir. Çünki biz texniki və əməliyyat tədbirləri ilə yanaşı, uşaqlar və yeniyetmələr arasında idmanın təbliğini də qarşımıza məqsəd qoymuşuq". 

"Report" xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalının başlamasına 50 gün qalması və müasir Olimpiya Hərəkatının yaranmasının 125 illik yubileyi ilə bağlı təşkil olunan tədbirdə deyib. 

"Biz mümkün qədər çox uşağın idmana maraq göstərməsini və sağlam həyat tərzi sürməsini istəyirik", - nazir bildirib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iki əlamətdar hadisənin birgə qeyd olunmasının əhəmiyyətindən danışıb. O, Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalının Azərbaycan üçün tarixi əhəmiyyət daşıdığını söyləyib.

Daha sonra XV Avropa Gənclər Yay Olimpiya Festivalının maskotları Cırtdan və Bəbir nümayiş olunub.

Qeyd edək ki, "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalı 21 - 27 iyulda keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR