Bu ilin dörd ayında Azərbaycandan 58 mln. dollarlıq mahlıc ixrac edilib

img

01-06-2019 [10:52]


Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı 7,1 mlrd. ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,4 mlrd. dollar və ya 25,6 faiz artıb.

"Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İTKM) "İxrac İcmalı”nın 2019-cu ilin may ayı üzrə buraxılışında bildirilir.

Buraxılışda qeyd edilib ki, bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 583 mln. dollar olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-aprel ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 98 mln.  dollar və ya 20 faiz artıb. Cari ilin ilk dörd ayı ərzində Rusiyaya 165 mln., Türkiyəyə 148 mln., Gürcüstana 62 mln., İsveçrəyə 45 mln. və İtaliyaya 22 mln.  dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin ilk dörd ayında Rusiyaya qeyri-neft ixracı 22 faiz, Türkiyəyə 16 faiz, Gürcüstana 19 faiz, İsveçrəyə 13 faiz, İtaliyaya 2 dəfə artıb.

Bu ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına mahlıc (57,9 mln.  dollar) liderlik edib. Bu siyahıda qabığı təmizlənmiş meşə fındığı (53,7 mln. dollar) ikinci və tomat (49,6 mln. dollar) üçüncü yerdə qərarlaşıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR