Komitənin kollegiyasının yeni tərkibi təsdiqlənib

img

01-06-2019 [10:13]


Diasporla İş üzrə Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi təsdiqlənib.

Mia.az xəbər verir ki, Baş nazir Novruz Məmmədovun qərarına əsasən, Diasporla İş üzrə Dövlət Komitəsinin  15 nəfərdən ibarət kollegiyası aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri 

- Diasporla İş üzrə Dövlət Komitəsinin sədri,

 Kollegiyanın üzvləri: 

- Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, komitə sədrinin müavinləri, komitə Aparatının rəhbəri, komitə Aparatı rəhbərinin müavini, komitə sədrinin müşaviri, komitə Aparatının İnsan resursları, hüquq və sənədlərlə iş şöbəsinin müdiri, komitə Aparatının I ərazi şöbəsinin müdiri, komitə Aparatının II ərazi şöbəsinin müdiri, komitə Aparatının III ərazi şöbəsinin müdiri, komitə Aparatının IV ərazi şöbəsinin müdiri, komitə Aparatının Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri, komitə Aparatının Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri, komitə Aparatının Maliyyə və təminat şöbəsinin müdiri.

Digər xəbərlər
SON XƏBƏRLƏR