"Paşinyanın snayperlə vurulması çağırışı etməmişəm" - Deputat açıqlama yaydı

img

31-05-2019 [21:37]


Milli Məclisin deputatı Aydın Mirzəzadə bu gün parlamentini iclasında "Snayperçilərimiz Paşinyanı vursun" sözlərini işlətmədiyini bəyan edib.

Bu barədə deputat tərəfindən Mia.az-a daxil olan məktubda parlamentdəki çıxışın təhrif edildiyi vurğulanıb:

"Milli Məclisin plenar iclasında etdiyim çıxış mətbuat tərəfindən təhrif edilib. Mən Ermənistan baş naziri Paşinyanın snayperlə vurulması çağırışı etməmişəm. Mən çıxışımda cəbhə bölgəsində snayperlərin yerləşdirilməsini, atəş məsafələrinin nəzarətə götürülməsini təklif etmişəm. 

Demişəm ki, cəbhə bölgəsinə hər iki dövlətin rəsmiləri, o cümlədən, Paşinyan da gələ bilər. Belə bir zamanda Azərbaycan snayperlərinin atəş açması fatal nəticələrə gətirib çıxarda bilər.

Eləcə də, Azərbaycan dövlətinin rəsmiləri cəbhə xəttində olarkən, Ermənistan ordusunun snayperlərinin atəşi çox pis nəticələrə səbəb ola bilər. Təəssüf ki, mənim çıxışım jurnalistlər tərəfindən təhrif olunmuş şəkildə ictimaiyyətə çatdırılıb”.

Digər xəbərlər
SON XƏBƏRLƏR