Azərbaycan millisinin yekun heyəti bəlli oldu

img

31-05-2019 [16:03]


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yekun heyəti müəyyənləşib. 

Mia.az AFFA-ya istinadla xəbər verir ki, Milan Obradoviç "23-lüy"ü açıqlayıb.

Komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 6-da Bakı vaxtı ilə saat 21:00-da, "Sportpark Eschen-Mauren" stadionunda Lixtenşteynlə qarşılaşacaq. 

U-21-in heyəti: Nihad Tamazov, Nicat Süleymanov, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Musa Qurbanlı (hamısı "Qarabağ"), Murad Popov, Amin Seydiyev, Rövlan Muradov (hamısı "Qəbələ"), Elçin Mustafayev, Şakir Seyidov, Emil Qasımov (hamısı "Sabah"), Ricat Qarayev, Süleyman Əhmədov (hər ikisi "Sumqayıt"), Şahin Zəkiyev, Murad Qayalı (hər ikisi "Keşlə"), Kamran İbrahimov ("Neftçi"), Turan Manafov ("Zaqatala"), Rafael Məhərrəmli ("Zirə"), Hüseyin Seyliğli ("Beşiktaş", Türkiyə), Arziman Rizvanov ("Bohemians", Çexiya), Barış Ekincier ("VfL Boxum", Almaniya), Ziya Əzizov ("Neymegen", Hollandiya), Tural Bayramlı ("Dauqavpils", Latviya).

Qeyd edək ki, "Dauqavpils”in üzvü Tural Bayramlı komandasının çempionatdakı oyununa görə toplanışa iyunun 2-dən qoşulacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR