Piyadanı vurub qaçan nazirlik əməkdaşının xidməti maşını çıxdı...

img

31-05-2019 [14:28]


Xəbər verdiyimiz kimi, dünən Baş Prokurorluğun Mətbuat Xidməti polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücünün tutularaq istintaqa cəlb edilməsi barədə məlumat yayııb. 

Həmin məlumatda vurğulanırdı ki, "14 may 2019-cu il tarixdə saat 05.00 radələrində Stansiya Mingəçevir-Mingəçevir-Bəhrəmtəpə yolunun Beyləqan rayonu ərazisindən keçən 137-ci kilometrində naməlum avtomobillə piyada Məhərrəm Məmmədov vurulub. Nəticədə sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin edilib.

"Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin Ağcabədi rayon sakini Xəyal Sarıyevin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq idarə etdiyi "Mercedes Benz” 200 markalı 04-AA-132 dövlət qeydiyyat nişanlı avtomobillə törətməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib. X.Sarıyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan seçilib".

Ağcabədi rayonundan AzFakt.com-a daxil olan məlumata görə, vətəndaşı vurub qaçan "Mercedes Benz” 200 markalı 04-AA-132 dövlət qeydiyyat nişanlı avtomobil Ağ Göl Milli Parkının direktoru (hazırda direktor əvəzidir) Loğman Mehdiyevin xidməti maşınıdır. 

Həmin avtomobili daim Loğman Mehdiyevin sürdüyü və həbs edilən Xəyal Sarıyevin vaxtı ilə Ağ Göl Milli Parkının mühasibatlığında çalışdığı deyilir. 

Ä°lgili resim

Loğman Abdullayev

Səhərə yaxın saat 05.00 radələrində Xəyal Sarıyevin Mingəçevir-Bəhrəmtəpə yolunun Beyləqan rayonu ərazisindən keçən 137-ci kilometrində Ağ Göl Milli Parkına məxsus avtomobildə tək olması isə heç də inandırıcı gəlmir. Ağcabədi sakinləri iddia edirlər ki, Loğman Mehdiyev daim 04-AA-132 dövlət qeydiyyat nişanlı avtomobilldən istifadə edərək Ağ Göl Milli Parkının ərazisini yoxlayır. Məhz buna görə də rayon sakinləri sürücü Xəyal Sarıyevin hadisə vaxtı tək olmadığını deyirlər.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev ötən həftə Ağ Göl Milli Parkının direktoru Loğman Mehdiyevi vəzifədən çıxardaraq direktor müavini təyin edib. Bu barədə AzFakt.com oxuculara ətraflı məlumat vermişdi. Həmin məlumatda qeyd etmişdik ki, nazir Muxtar Babayevin Loğman Mehdiyevi direktor vəzifəsindən çıxarıb müavin təyin etməsi birmənalı qarşılanmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR