Bakı metrosunda intihar - Qadın özünü qatarın altına atdı

31-05-2019 [09:57]
Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin "28 may" stansiyasında intihar hadisəsi baş verib. 

Bir qadın özünü qatarın altına ataraq intihar edib. 

Hadisə ilə bağlı metroya giriş 15-20 dəqiqəlik dayandırılıb. 

"Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov faktı "Report"a təsdiq edib. Onun sözlərinə görə, həmin şəxs 54 yaşlı Aciyə Əmirovadır və məqsədi elə intihar etmək olub. 

"Hadisə qatarların hərəkətində 10 dəqiqəlik dayanmaya səbəb olub və bu vəziyyət saat 09:45-ə qədər davam edib. Hazırda metroda heç bir problem yoxdur və qatarlar normal hərəkət edir", - deyə metro rəsmisi qeyd edib. 


SON XƏBƏRLƏR