Biləsuvarda Qaradağ rayon sakini narkotik maddə ilə saxlanılıb

31-05-2019 [09:44]
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan Mia.az-a verilən məlumata görə, RPŞ əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Biləsuvar rayonu ərazisində Qaradağ rayonu Lökbatan qəsəbəsinin sakini Zaur Nurəliyev idarə etdiyi "Vaz 2106” markalı avtomobillə saxlanılaraq rayon polis şöbəsinə gətirilib.

Avtomobilə keçirilən baxış zamanı oradan 23,133 qram narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR