Pompeodan rəsmi Tehrana ağır ittiham: "İran 4 tankerə hücum edib"

31-05-2019 [09:23]
İran dünya bazarında neftin qiymətini qaldırmaq üçün Birləşmiş Ərəb Əmirliklərinin sularında dörd tankerə hücum edib.

Reuters-in verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Maykl Pompeo deyib. 

"Bu, dünya bazarında neftin qiymətini artırmaq üçün edilib", - Reuters agentliyi cümə axşamı Pompeoya istinadən məlumat verib.

Qeyd edək ki, mayın 12-də BƏƏ-nin Oman körfəzində yerləşən Fuceyra limanında ikisi Səudiyyə Ərəbistanı, biri BƏƏ, biri isə Norveçə məxsus 4 neft tankeri hücuma məruz qalıb. 

Pentaqon da tankerlərə hücumda İranı günahlandırıb, lakin İran rəsmiləri bu iddiaları rədd edib/Report. 


SON XƏBƏRLƏR