"İMAMOĞLU YILDIRIMI ƏN AZI 3 FAİZ SƏSLƏ UDACAQ, ƏGƏR ƏRDOĞAN..." - AKP-li yetkilidən şok etiraflar

img

30-05-2019 [22:29]


Ərdoğanın lideri olduğu AKP-ninn səlahiyyətli şəxslərindən biri  "Reuters"ə gözlənilməz etiraflar edib.

Mia.az "Reuters"ə istinadla xəbər verir ki, adının çəkilməsini istəməyən AKP-li yetkili sosioloji sorğularda Əkrəm İmamoğlunun Binəli Yıldırımı qabaqladığını deyib:

"Bir çox sorğu şirkətlərinə görə İmamoğlu Yıldırımdan öndədir. Biz də bir sorğu keçirdik. Açığı, İmamoğlunun Yıldırım bəydən ən azı 3 faiz çox səs toplayacağını gördük. Bəli, çətin olacaq, ancaq Binəli bəyin də şansı var".

AKP-li yetkili bu şansı prezident Ərdoğanla əlaqələndirib: "Ərdoğanın şəxsən seçki təbliğatına qoşulacağını gözləyirik. O, sahəyə endikdə, nəticənin dəyişəcəyinə ümid edirik".

AKP-li yetkili onu da etiraf edib ki, bu seçkidə əsas rolu kürd seçicilər oyanayacaq.

Xatırladaq ki, kürdlərin təmsilçisi olan HDP seçkidə İmamoğlunu dəstəkləyəcəyini rəsmən açıqlayıb.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR