Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlim keçirəcək - VİDEO

img

30-05-2019 [19:13]


Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən, iyunun 7-dən 11-dək Naxçıvanda "Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimi keçiriləcək. 

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, təlimə hazırlıq çərçivəsində iki qardaş ölkənin dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.

Bayraqdəyişmə mərasimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə-Araz çayı üzərindəki "Ümid” körpüsünə doğru yürüşə başlayıb. 

Eyni zamanda Türkiyə Respublikasının bayraq taqımı da Qars şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yürüş edib.

"Ümid” körpüsü üzərində Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra iki qardaş ölkənin dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR