İŞİD Kabildə partlayış törətdi - Ölənlər var

30-05-2019 [18:01]
İŞİD qruplaşması mayın 30-da Kabildə törədilən partlayışın məsuliyyətini üzərinə götürüb.

Mia.az Reuters-ə istinadla xəbər verir ki, bu barədə məlumat qruplaşmanın şəbəkə resurslarında yerləşdirilib.

Əfqanıstanın Daxili İşlər Nazirliyinin son məlumatına əsasən, paytaxt Kabildə yerləşən Marşal Fahim adına Milli Müdafiə Universitetinin yaxınlığında törədilən partlayış nəticəsində azı 6 nəfər həlak olub, 16 nəfər o cümlədən dörd mülki şəxs isə yaralanıb.

Şahidlərin sözlərinə görə, partlayış müdavimlər universitetdən çıxan zaman baş verib. Hadisə yerində təcili tibbi yardım maşınları və təhlükəsizlik qüvvələrinin əməkdaşları fəaliyyət göstərir.


SON XƏBƏRLƏR