Gürcüstanda xüsusi əməliyyat keçirilib, yüksək vəzifəli şəxslər saxlanılıb

img

30-05-2019 [17:28]


Acarıstan MR-in Baş Prokurorluğu saxlanılan yüksək vəzifəli şəxslərlə bağlı məlumat yayıb.

Mia.az "Report”a istinadla xəbər verir ki, məlumata əsasən, 7 şəxs saxlanılıb.

Onların arasında muxtar respublikanın maliyyə və iqtisadiyyat nazirinin müavini Arçil Vanadze, vitse-mer Tengiz Petridze və təhsil naziri səlahiyyətlərini icra edən Baqrat Manvelidze var.

Batumi şəhər meriyası departamentlərinin 3 rəhbər şəxsi də saxlanılıb.

Şəhərin sabiq meri Giorgi Yermakov da saxlanılanlar arasındadır.

Saxlanılan şəxslər Batumidə həyata keçirilən "Ucuz ev” layihəsi ilə bağlı israfçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılırlar. 

***


Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) paytaxtı Batumi şəhərində xüsusi əməliyyat keçirilib.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, əməliyyat zamanı Batumi meriyasının yüksək vəzifəli bir neçə əməkdaşı saxlanılıb.

Saxlanılanlar arasında həmçinin MR-in təhsil naziri səlahiyyətlərini icra edən Baqrat Manvelidze və vitse-mer Tengiz Petridze də var.

Batumi şəhərinin sabiq meri Giorgi Yermakovun da saxlanıldığı bildirilir. 



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR