Şəhid hərbçinin iki övladı varmış...

30-05-2019 [15:56]

Azərbaycan ordusunun şəhid olan hərbi qulluqçusu Qax rayonunda dəfn ediləcək. 

Mia.az "Report"a istinadla bildirir ki,1983-cü il təvəllüdlü Aqşin Akif oğlu Omarovun nəşi səhər saatlarında Qax rayonuna gətiriləcək və rayonun Lələpaşa kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, şəhid olan hərbi qulluqçu ailəli olub, 2 oğlu var.

Allah rəhmət eləsin.



SON XƏBƏRLƏR