Məhkəmələrin səlahiyyəti genişləndirildi - Azərbaycanda

img

30-05-2019 [14:37]


Azərbaycanda rayon (şəhər) məhkəmələrinin inzibati xətalar haqqında baxdığı işlərin dairəsi genişləndirilir.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.

Bu dəyişikliklə bələdiyyələrlə bağlı məsuliyyətin müəyyən edilməsi yerli məhkəmələrin səlahiyyətinə daxil edilir.

Məcəllənin hazırda mövcud olan variantına əsasən, çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən Mənzil Məcəlləsi ilə müəyyən olunmuş qaydada tədbirlərin görülməməsinə görə cərimə tətbiq edilir. Bunun üçün vəzifəli şəxslər 300 manatdan 500 manatadək cərimələnirlər.

Təklif edilən dəyişikliyə görə isə bələdiyyənin həmin tədbirlərin görülməməsinə görə inzibati məsuliyyətinin müəyyən edilməsi rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilir.

Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib/Trend.


Digər xəbərlər
SON XƏBƏRLƏR