Spikerdən deputatın ittihamına maraqlı reaksiya: "Harada bir çatışmazlıq var, ancaq onu deyirsiz..."

img

30-05-2019 [14:04]


"Azərbaycanda islahatlar aparılır, Prezident müəyyən işlər görür. Mən hələ görməmişəm ki, siz çıxışlarınızda bu barədə bir söz deyəsiniz”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deputat Fazil Mustafanın çıxışına münasibət bildirərkən deyib.

"Harada bir çatışmazlıq var, onu deməyə başlayırsınız. Azərbaycanı Tacikistanla müqayisə edirsiniz. Xahiş edirəm, bu məsələləri çox şişirtməyin. Yeddi dəqiqə danışdınız, Azərbaycanda gedən işlər barədə müsbət bir söz söyləmədiniz. Hamısı mənfi məsələlər oldu”, - O.Əsədov əlavə edib/Report.

Xatırlaadq ki, deputat Fazil Mustafa "Binə" və "Sədərək" Ticarət mərkəzlərində icarədarların aldadıldığını, bir sözlə, orada feodal qanunların hökm sürdüyü haqda danışıb. Deputat, eyni zamanda, parlamentin Prezidentin islahatlarına lazımı dəstək vermədiyini də bəyan edib.

Mia.az 

Digər xəbərlər
SON XƏBƏRLƏR