Bakıda qadını şantaj edən şəxs tutuldu

30-05-2019 [13:05]
Polis əməkdaşları tərəfindən Bakı şəhərində qadını hədələyib pul almaq istəyən şəxs cinayət başında yaxalanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şamaxı rayon sakini E.Binyətov mayın 27-də paytaxt ərazisində Bakı şəhər sakini olan qadını barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 10.000 manat pul alarkən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


SON XƏBƏRLƏR