Cəlilabadda polis əməliyyatı - 3 nəfər saxlanıldı

img

30-05-2019 [11:30]


Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar.

DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan Mia.az-a verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şöbhəli bilinən Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş A.Kərimov saxlanılaraq rayon polis şöbəsinə gətirilib və onun üzərinə keçirilən baxış zamanı 2 bükümdə ümumi təmiz çəkisi 5,381 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə rayonun Məşhədilər kənd sakini, D.Əliyevin üzərindən 2,035 qram narkotik vasitə heroin, şəhər sakini Q.Soltanovun yaşadığı evdən isə narkotik vasitələrin alqı-satqısında istifadə edilən 3 ədəd elektron tərəzi, müxtəlif bükümlərdə ümumi təmiz çəkisi 2,078 qram narkotik vasitə heroin, 0,377 qram tiryək, 0,329 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR