"Əhsən Bakıya ki..." - Britaniya səfiri

30-05-2019 [10:14]

"Bakı UEFA Avropa liqasının finalını möhtəşəm təşkil etmişdi".

Bunu oyundan sonra Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.

"Çelsi futbol klubunu ilə təbrik edirik. Əla oyun idi. Əhsən Bakıya ki, iki komandamızın final oyununu möhtəşəm təşkil etdi. Stadion dünya standartlarına cavab verirdi" deyə Böyük Britaniyanın səfiri bildirib. 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasında final oyunu keçirilib.

Görüş "zadəganlar"ın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.

Report



SON XƏBƏRLƏR