"Çelsi"nin baş məşqçisi: "Azarkeşlər üçün maraqlı futbol sərgilədik"

img

30-05-2019 [09:56]


"Çelsi"nin baş məşqçisi Mauritsio Sarri Bakıda UEFA Avropa Liqasının finalında "Arsenal"ı 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra açıqlama verib.

Mia.az xəbər verir ki, italiyalı mütəxəssisin sözlərinə görə, "Çelsi" yanvar və fevral aylarında problemlər yaşasa da, sonradan vəziyyətdən çıxmağı bacarıb: "Avropa Liqasında 15 oyundan 12-də qalib gəldik və 3 matçda heç-heçə etdik. Bu kuboka layiq olduğumuzu göstərir. Liqa Kubokunun finalında "Mançester Siti"yə məğlubiyyətdən sonra yanaşmamızı dəyişdik. Bu, mövsümdə 64-cü oyunumuz idi. Fiziki cəhətdən çətin olsa da, çalışırıdıq. Fasilədə futbolçulardan daha cəzarətli olmağı xahiş etdim. İkinci hissədə həqiqətən çox yaxşı oynadıq. Azarkeşlər üçün maraqlı futbol sərgilədik".

Sarri özünün və Eden Azarın "Çelsi"dəki gələcəyindən də söhbət açıb: "Eden Azar möhtəşəm oyunçudur. Həm də gözəl bir insandır. Onun "Çelsi"ni tərk etmək istədiyini bilirdim. Onun qərarına hörmətlə yanaşıram. Klubun sahibi və direktoru ilə danışacağam. Biz bilməliyik klub mənim üçün və mən klub üçün daha yaxşı nə edə bilərəm. Mənim müqaviləm var. Hazırda oralıqda heç nə yoxdur. Premyer Liqada yarış səviyyəsi çox yüksəkdir. "Çelsi"də olmaqdan məmnunam. Amma bilmək istəyirəm ki, klub rəhbərliyi məndən razıdırmı? Klubun sahibi ilə danışmalıyam. Hesab edirəm ki, "Çelsi"də qalmalıyam. Amma bu, mənim rəyimdir və bu, yetərli deyil".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR