Bakıda Avropa Liqasının finalı: "Çelsi" Arsenal"ı "sökdü" - CANLI YAYIM

img

30-05-2019 [00:54]


Bakı Olimpiya Stadionunda 23:00-da UEFA Avropa Liqasının final qarşılaşması baş tutub.

Mia.az xəbər verir ki, 68 minlik azarkeş tutumuna sahib olan Bakı Olimpiya Stadionunda İngiltərənin iki təmsilçisi – "Arsenal” və "Çelsi” qarşılaşıblar.

Oyunda ilk hissədə qol səsi çıxmasa da, ikinci hissənin 49-cu dəqiqəsində "Çelsi" hesabı açıb - 0:1

60-cı dəqiqədə "Çelsi" daha bir qol atıb - 0:2

65-də "Çelsi" 3-cü qol da vurub - 0:3

69-cu dəqiqədə "Arsenal" bu qollardan birinin əvəzini çıxıb - 1:3

Bu qoldan 3 dəqiqə sonra isə "Çelsi" 4-cü qola imza atıb - 1:4

Beləliklə, "Çelsi" "Arsenal"ı 4-1 məğlub edərək, Avropa Liqasının qalibi olub.

***

Oyunun canlı yayımını təqdim edirik:







Digər xəbərlər
SON XƏBƏRLƏR