Şriftin ölçüsü / 887 dəfə oxunub

"Altes Group"un mənzillərinə həbs qoyuldu; Təsisçilər arasında dava qızışıb

12 Aprel 2013 [11:17]
"Altes Group"un mənzillərinə həbs qoyuldu.

Buna səbəb holdinqin təsisçiləri arasında fikir ayrılıqlarının olmasıdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası və Ali Məhkəmə "Altes Group" (AG) holdinqinə məxsus yeni tikilmiş çoxmərtəbəli binalarda yaşayış evlərinin alqı-satqısına qadağa qoyulması haqqında Binəqədi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. 

Bu barədə SalamNews-a AG təsisçilərdən biri olan Fətəli Novruzəliyev bildirib. 

Onun sözlərinə görə, məhkəmənin qətnaməsinə əsasən, yuxarıda göstərilən evlərin inşaatçıları - "Nur-İnşaat" MMC və "Fərid-İnşaat" MMC şirkətləri, məcburi surətdə orada yaşayış evlərinin satışını dayandırmalıdır. 

 F. Novruzəliyev deyib ki, yaşayış mənzillərinə həbsin qoyulmasına səbəb AG təsisçiləri arasında fikir ayrılıqları olub. 

O bildirib ki, şirkət səhmlərinin 22%-nin sahibləri səhmdarlar heyətindən çıxmaq haqqında qərar qəbul ediblər və onların payına düşən vəsaiti təbii formada almaq istədiklərini bildiriblər. "Altes Group"un bir sıra başqa təsisçilərinin bu niyyətə mane olmağa başladığını nəzərə alaraq, həmin məsələ baxılması üçün məhkəməyə verilib. 2012-ci il oktyabr ayında, altıaylıq məhkəmə təhqiqatından sonra Binəqədi Rayon Məhkəməsi, "Altes Plaza"-da, "Emerald Palace"də və "Academy House"da mənzillərin satışına həbs qoyub, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası və Ali məhkəmə isə göstərilən binalarda yaşayış evlərinin satışına qoyulan qadağanı qüvvədə saxlayıb.


SON XƏBƏRLƏR