İmtahanların nəticələri açıqlandı

img

29-05-2019 [16:45]


Dövlət İmtahan Mərkəzi (DİM) əvvəlki illərin məzunları üçün I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsinin, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının nəticələrini elan edib.

Mia.az xəbər verir ki, aprelin 28-də imtahan verən həmin şəxslər iş nömrəsini  7727-ə göndərməklə nəticələrlə tanış ola bilər. 

Nəticələr yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin saytına da yerləşdiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR