Azərbaycanda seçicilərin sayı açıqlanıb

img

29-05-2019 [12:54]


Azərbaycanda seçicilərin siyahısının dəqiqləşdirilməsi başa çatıb. 

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 5 milyon 212 min 902 seçici var.

M.Pənahov bildirib ki, seçicilərin 50,83 %-ni (2 649 641) qadınlar, 49,17 %-ni (2 563 261) isə kişilər təşkil edir.

MSK sədri qeyd edib ki, ötən illə müqayisədə bu il seçicilərin sayı 21 minə yaxın artıb: "Bu il də ən yaşlı seçici Bərdə rayonunda qeydiyyatdadır. O, 1894-cü il təvəllüdlü 125 yaşlı Səmərqə Allahverdiyeva Gülməmməd qızıdır. Ən yaşlı kişi seçicisinin isə 107 yaşı var. Bu, 120 saylı Laçın seçki dairəsi üzrə qeydiyyatda olan Əhmədov Şahverdidir”.

Qeyd edək ki, seçicilərin siyahısının dəqiqləşdirilməsi prosesinə yanvar ayından start verilib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR