"İndi kuboku başım üzərimdə qaldırmaq haqda düşünmürəm" - “Çelsi”nin kapitanı

28-05-2019 [21:28]
"İyuldan etibarən baş məşqçimiz Mauritso Sarri ilə gərgin işləyirik. Yüksəliş və enişlər oldu. Amma bütün bu gərgin işin nəticəsində burdayıq”.

Bu sözləri İngiltərənin "Çelsi” komandasının kapitanı Sesar Aspilikueta UEFA Avropa Liqasının finalı ərəfəsində Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında deyib.

Aspilikueta "Çelsi” kimi komandaların üzərində hər zaman təzyiq olduğunu deyib: "Biz titul aclığı yaşayırıq. Mövsümün əvəlində mübarizəyə böyük həvəslə başlayırıq. Hər bir oyuna qələbə qazanmaq istəyi ilə çıxırıq. Sabah bizim üçün böyük bir fürsətdir. Daha öncə də Avropa Liqasını qazanmışıq. Bunu təkrar etmək istəyirik. Bu komandaya kapitanlıq etmək mənim üçün böyük şərəfdir. İndi kuboku başım üzərimdə qaldırmaq haqda düşünmürəm. Oyuna köklənməliyik. Hər iki klub üçün önəmli matçdır”.

Qeyd edək ki, "Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin digər təmsilçisi "Çelsi” ilə qarşılaşacaq.


SON XƏBƏRLƏR
20:15 24.06.2019
Azercell-dən #Hədiyyə