Müsavat Partiyası və Milli Şura aksiya keçiriblər

28-05-2019 [20:23]

Bu gün Müsavat Partiyası və Milli Şura ayrı-ayrılıqda Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki heykəli önündə aksiya keçiriblər.

Qeyd edək ki, hər iki aksiya ilə bağlı bir həftə əvvəldən sosial şəbəkələrdə anonslar səsləndirilib.

Abşeron Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Müsavat Partiyasının aksiyasında təşkilatın rəhbərliyi və üzvlərindən ibarət 220 nəfər iştirak edib.

Milli Şuranın keçirdiyi aksiyada isə Milli Şura Koordinasiya Şurasının üzvləri və AXCP-nin üzvü olan 330 nəfər iştirak edib.



SON XƏBƏRLƏR