"Özümü əla hiss edirəm" - “Arsenal”ın baş məşqçisi mətbuat konfransı keçirdi

img

28-05-2019 [18:57]


"Özümü yaxşı hiss edirəm. Bizim üçün gözəl bir fürsətdir. Hər zaman irəli baxıram”.

Bunları İngiltərənin "Arsenal” komandasının baş məşqçisi Unay Emeri UEFA Avropa Liqasının finalı ərəfəsində Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında deyib.

- Petr Çex "Arsenal”ın heyətindəki son oyununda start heyətində yer alacaq? O, karyerasını Praqa "Sparta”sında davam etdirə bilər?

- Mən Praqa "Sparta”sı üçün yox, final barədə düşünürəm. Oyundan həzz almalıyıq. Çex möhtəşəm insan və peşəkar futbolçudur. Karyerasını bitirəcək.

- "Arsenal” avrokuboklarda uğur qazanmağı ilə ad çıxarmayıb. Bu baxımdan sizin üzərinizdə böyük məsuliyyət var?

- Oyunçular və mənim üçün böyük məsuliyyət var. Hədəfimiz qalib gəlməkdir. Bu yolla Çempionlar Liqasına getmək istəyirik. Tam yüksək-əhval ruhiyyə ilə oynamağa çalışacağıq. Yarışın özü təkmilləşir. Ötən il də finalda böyük klublar oynayıb. Dünya futbolu üçün önəmli bir məqamdır. Arsen Vengerin bu klubda etdikləri heyranedicidir. O, kluba futbol mədəniyyəti gətirib. Bu mədəniyyəti qorumaq və təkmilləşdirmək istəyirəm. Ondan çox şey öyrənmişəm. Ona böyük hörmət və ehtiramım var. "Arsenal” dünyada 10 ən yaxşı komandadan biridir.

- Finalda qalib gəlsəniz, karyeranızda 4-cü dəfə Avropa Liqasını qazanaraq yeni rekorda imza atacaqsınız. Bu, sizin üçün nə dərəcədə önəmlidir?

- Məqsədimiz oyuna yaxşı köklənməkdir. Titul qazanmaq və Çempionlar Liqasına düşmək istəyirik. Bunun üçün çox yaxşı fürsətimiz var.

- Petr Çex finaldan sonra rəqibiniz "Çelsi”də çalışacaq. Bu məqam ona start heyətdə meydana buraxmaq qərarınıza təsir edə bilər.

- Çex ona inanıb etibar etməyimizə layiqdir. Hələ qərar verməmişəm. Amma heç kim ona inanmaya bilməz.

- Avropa Liqasının qalibi Çempionlar Liqasına düşür. Buna münasibətiniz necədir?

- On il ərzində Avropa Liqasında çox böyük irəlliləyiş görürəm. Avropa Liqasında qalib gələn komandanın Çempionlar Liqasına vəsiqə qazanması müsbət məqamdır. Bu dəyişiklik turnirin inkişafına töfhə verib. Bir çox komandalar var gücü ilə oynayır. Burada "Napoli” və "Valensiya”ya qalib gəldik. İndi isə "Çelsi” ilə qarşılaşacağıq.

- "Çelsi” artıq Çempionlar Liqasına vəsiqə qazanıb. Bu, sizə əlavə üstünlük verir?

- Bunun bizə əlavə üstünlük verdiyini düşnmürəm. Əsas məqsəd titulu əldə etməkdir. Hər iki komandanın əsas hədəfi budur.

- Onminlərə azarkeş Londondan Bakıya gələ bilmədi. Bu barədə nə deyə bilərsiniz?

- Mən Tbilisidə "Sevilya”nın baş məşqçisi kimi UEFA Super Kubokunun finalında "Barselona”ya qarşı oynamışam. UEFA finalın Bakıda keçirilməsinə qərar verib və buna hörmətlə yanaşıram. Mən də istəyirəm ki, azarkeşlərimiz Londondan Bakıya gəlsinlər. Düzdür, bu bir az çətindir. Ancaq "Arsenal”ın başqa ölkələrdə, Azərbaycan da azarkeşləri var. Onlar da bizi dəstəkləyəcək. Bu möhtəşəm stadionun dolu olacağını düşünürəm.

Qeyd edək ki, "Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin digər təmsilçisi "Çelsi” ilə qarşılaşacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR