Novruz Məmmədovdan xaricdə təhsillə bağlı qərar - İxtisaslar bəlli oldu

img

28-05-2019 [16:28]


Baş nazir Novruz Məmmədov  "2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi məqsədi ilə xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisaslarının müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncamla Azərbaycan vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsil almaları aşağıdakı prioritet ixtisas istiqamətləri və ixtisasları müəyyən edilib:

1. Təbiət ixtisasları istiqaməti:

1.1. riyaziyyat;

1.2. mexanika;

1.3. astronomiya;

1.4. fizika;

1.5. kimya;

1.6. biologiya elmləri;

1.7. yer elmləri; 

1.8. coğrafiya.

2. Kənd təsərrüfatı ixtisasları istiqaməti:

2.1. aqrar elmlər.

3. Səhiyyə və rifah ixtisasları istiqaməti:

3.1. tibb elmləri;

3.2. əczaçılıq elmləri;

3.3. səhiyyənin idarə edilməsi.

4. Texniki və texnoloji ixtisaslar istiqaməti:

4.1. texnika elmləri.

5. İqtisadiyyat və idarəetmə ixtisasları istiqaməti:

5.1. iqtisad elmləri.

6. Təhsil ixtisasları istiqaməti:

6.1. pedaqogika;

6.2. psixologiya;

6.3. təhsilin idarə edilməsi.

7. Humanitar və sosial ixtisaslar istiqaməti:

7.1. tarix;

7.2. sosiologiya;

7.3. hüquq elmləri.

Digər xəbərlər
SON XƏBƏRLƏR