Gədəbəydə güclü leysan yağışları... - Enerji sistemi iflic olub

img

28-05-2019 [16:16]


Gədəbəy rayonunda güclü leysan yağış rayonun elektrik enerjisi infrastrukturuna ciddi ziyan vurub. 

"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Report”a bildirib ki, təbiət hadisəsi qurumun əməkdaşlarının fəaliyyətinə maneə yaradır:

"Güclü yağış-leysanla əlaqədar 35 kVt-luq Slavyanka yarımstansiyasından 10 kVt-luq Slavyanka hava xətti açılıb. Bundan əlavə xəttin dayağı əyilib. Hazırda əməkdaşlarımız baş verən qəzanın nəticələrini aradan qaldırmağa çalışır. Amma mövcud əlverişsiz hava şəraiti təmir-bərpa işlərinə mane olur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR